"Qalatasaray" Super Liqa matçına 4 itki ilə çıxacaq

"Qalatasaray" Türkiyə Super Liqasının 5-ci turunda doğma meydanda "Alanyaspor"la qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi bu oyuna 4 itki ilə çıxacaq.

Arda Turan, Barış Alper Yılmaz və Saşa Boy zədə səbəbindən komandasına kömək edə bilməyəcək. TFF tərəfindən 8 oyuncuq cəza verilən Markao da meydanda olmayacaq.

Qeyd edək ki, "Qalatasaray" - "Alanyaspor" qarşılaşması sabah Bakı vaxtilə saat 17:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right