Baş məşqçi Bupendzanın transferini açıqladı

"Hatyaspor"un baş məşqçisi Ömər Ərdoğan komandanın hücumçusu Aron Bupendzanın başqa kluba keçdiyini deyib.

Newsport.az-ın məlumatına görə, o, qabonlu forvardın komandanın düşərgəsindən ayrıldğını deyib:

"Bupendzanı satmışıq. Yeni klubla anlaşıb. Türkiyədən kənara gedir. Rəsmi açıqlama veriləcək".

Türkiyə mediasının məlumatına görə, 25 yaşlı hücumçu Qətərin "Əl-Ərəbi" klubu ilə 3 illik razılığa gəlib. Türkiyə klubu bu keçid üçün 5 milyon avro təzminat alıb. Qabon millisinin üzvü illik 2 milyon avro maaş alacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right