Gezzal "Beşiktaş"la müqavilə imzalamaq üçün İstanbula gəldi

"Beşiktaş" ötən mövsüm İngiltərənin "Lester Siti" klubundan icarəyə götürdüyü Rəşid Qezzalı transfer edib.

 

Newsport.az-ın məlumatına görə, 29 yaşlı vinger bu gün İstanbula gəlib. Futbolçu tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə imza atacaq.

 

"Qara qartallar” Gezzalın transfer hüquqlarına yiyələnmək üçün 3,2 milyon avro ödəyib.

 

Əlcəzairli futbolçu ötən mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 35 matçda 8 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right