Ndlovu "Qarabağ"a qayıda bilər

“Qarabağ” keçmiş futbolçusu Dino Ndlovunu heyətinə qatmaq istəyir.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi hazırda azad agent statusu daşıyan 31 yaşlı hücumçu ilə yaxından maraqlanır.

Cənubi afrikalı hücumçunun adı Türkiyə I liqa təmsilçisi “Kocaelispor” ilə də hallanır.

Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Dino bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right