Konte “Real”ın prezidenti ilə görüşəcək

İtaliyanın “İnter” klubundan ayrılan Antonio Konte “Real”a baş məşqçi təyin oluna bilər.

Newsport.az saytının məlumatına görə, bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” hesabında məlumat yayıb. Xəbərdə, Kontenin “Real”ın prezidenti Florentino Pereslə görüşəcəyi bildirilib. Madrid klubu italyan mütəxəssislə razılaşsa, onunla 2 illik müqavilə imzalayacaq.

Konte “İnter”lə A Seriyasında 2020/21 mövsümünün çempionu olduqdan sonra vəzifəsindən ayrılıb. “Real”da da baş məşqçi Zinəddin Zidan klubu tərk edib və hazırda onun postu poşdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right