Hazard İtaliya yolunda

İspaniyanın “Real” klubunun futbolçusu Eden Hazard karyerasını İtaliyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, belçikalı yarımmüdafiəçi ilə “Roma” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Roma” Hazardı icarəyə götürmək niyyətindədir.

Hazardın “Real”la müqaviləsi 2024-cü ilin yayına qədərdir. 30 yaşlı yarımmüdafiəçi “kral klubu”nda ümumilikdə 43 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right