Qattuzonun yeni iş yeri rəsmən açıqlandı

İtaliyanın “Napoli” klubundan ayrılan Cennaro Qattuzo artıq özünə yeni iş yeri tapıb.

Newsport.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis bundan sonra A Seriyasının digər təmsilçisi “Fiorentina”nı çalışdıracaq.

Bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti hələ açıqlanmır.

Qeyd edək ki, Qattuzo “Fiorentina”da Cüzeppe Yakinini əvəz edib. O, bir müddət əvvəl müvəqqəti olaraq bu komandaya baş məşqçi təyin edilmişdi.

Cennaro Qattuzo 2019-cu ilin dekabrından “Napoli”ni çalışdırırdı. Sözügedən komanda bu mövsüm onun baş məşqçiliyi altında A Seriyasını 5-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right