Ronaldonun avtomobillərinin Turindən daşınmasının səbəbi məlum oldu

"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun Turindən avtomobillərinin daşınması onun klubdan ayrılması ilə əlaqəli deyil.

Newsport.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. Bildirilib ki, portuqaliyalı hücumçu yaya qədər avtomobillərini müxtəlif istiqamətlərə daşıyır. Ancaq bir il əvvəl COVID-19 pandemiyasının artmasından sonra iyun ayında matçlar yenidən başladığı üçün o, bunu edə bilməyib.

Qeyd edək ki, bundan əvvəl Ronaldonun Turindən maşınlarını çıxardığı və Lissabondan bir şirkətin daşınma işləri ilə məşğul olduğu bildirilmişdi. Gecə şirkət işçiləri 36 yaşlı oyunçuya məxsus 7 super avtomobili Turindən çıxarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right