A Seriyasına yüksələn ikinci komanda bəlli oldu

İtaliyanın “Salernitana” klubu yeni mövsümdə A Seriyasında oynamaq hüququ qazanıb.
 
Newsport.az xəbər verir ki, sözügedən komanda İtaliya B Seriyasının sonuncu – 38-ci turunda “Peskara”ya 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlində ikinci pilləni tutub.
 
Bu nəticədən sonra xalını 69-a yüksəldən Fabrisio Kastorinin baş məşqçisi olduğu komanda, çempion “Empoli”dən sonra elitaya vəsiqə qazanan ikinci klub olub.
 
Qeyd edək ki, “Salernitana” sonuncu dəfə A Seriyasında 1997/98 mövsümündə mübarizə aparıb.
 
A Seriyasına yüksələcək sonuncu – üçüncü komandanın adına pley-off oyunlarından sonra aydınlıq gələcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right