Çempionlar Liqasının finalında İngiltərə derbisi!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Newsport.az xəbər verir ki, sonuncu oyun günündə İspaniya nəhəngi “Real” İngiltərədə yerli “Çelsi” komandası ilə üz-üzə gəlib.

Bu komandalar arasında Madriddə baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınmışdı. Bu üzdən londonlulara mərhələ adlamaq üçün qolsuz heç-heçə də bəs edirdi. “Real” isə səfərdən mütləq qələbə ilə dönməliydi. Amma 90 dəqiqənin sonunda qələbəni meydan sahibəri bayram ediblər.

Daha öncə İngiltərənin “Mançester Siti” klubu Fransa çempionu PSJ-yə hər iki oyunda qalib gələrək (2:1, 2:0) finala yüksəlmişdi. Beləliklə, mayın 29-da İstanbulda keçiriləcək final görüşündə iki İngiltərə klubu – “Çelsi” və “Mançester Siti” qarşılaşacaq.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu

5 may

"Çelsi" – "Real" 2:0
Qol: Verner, 28. Maunt, 85.

London. “Stemford Bric” stadionu. Baş hakim: Daniele Orsato (İtaliya).
İlk oyun – 1:1.

Çelsi: Eduard Mendi, Andreas Kristensen, Tyaqo Silva, Antonio Rudiger, Sesar Aspilikueta, Nqolo Kante, Jorjinyo, Ben Çiluell, Kay Haverts, Meyson Maunt, Timo Verner.
Real: Tibo Kurtua, Ferlan Mendi, Serxio Ramos, Eder Militao, Naço, Luka Modriç, Kazemiro, Toni Kroos, Eden Hazard, Kərim Benzema, Vinisius Junior.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right