"Nəvaxtsa başqa bir klubdan təklif alsam, ikinci dəfə düşünməyəcəm"

"İnter"in sabiq baş məşqçisi Joze Mourinyo bu klubu çalışdırdığı vaxtları xatırlayıb.

Newsport.az-ın məlumatına görə, 58 yaşlı mütəxəssis deyib:

"Mən "İnter"lə mümkün olan hər şeyi qazanmışam. Bu klubda çox yaxşı vaxt keçirmişəm. Hələ də "İnter"i çox sevirəm.

Ancaq nəvaxtsa İtaliyanın başqa bir klubundan təklif alsam, ikinci dəfə düşünməyəcəm. Hər şeyə son dərəcə peşəkar yanaşıram".

Mourinyo 2008-2010-cu illərdə "İnter"i çalışdırıb. Onun som klubu "Tottenhem" olub. Portuqaliyalı məşqçi komandadan ötən ay ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right