Bolt Ronaldo və Messi arasında seçim etdi

Qaçış üzrə əkkiz qat Olimpiya çempionu Useyn Bolt Kriştiano Ronaldo ("Yuventus") ilə  Lionel Messi ("Barselona") arasında seçim edib.
 
Newsport.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunu daha yaxşı oyunçu hesab etdiyini deyib:
 
"Argentinaya azarkeşlik etdiyimə görə seçim etmək mənim üçün çətindir. Amma eyni zamanda Kriştiano Ronaldonun da azarkeşiyəm. Onu "Mançester Yunayted"də oynadığından bəri izləyirəm. Düşünürəm ki, Kriştianoda Messidən daha çox şey var. Çünki özünü bir çox liqada sübut etdi. Buna görə Ronaldonu seçirəm".
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right