Türkiyə Super Liqasında 33-cü tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə üç matç keçirilib.
“Göztəpə” doğma meydanda “Rizəspor”a 2:0 hesabı ilə qalib gəlib. “Fatih Karagümrük” isə “Hatayspor”u minimal hesabla məğlub edib - 1:0.
“Trabzonspor” isə utsayderlər sırasında yer alan “Kayserispor”u qəbul edib və 1:1 hesablı bərabərə qalıb.
6 aprel
"Göztəpə" – "Rizəspor" - 2:0
Qollar: Akbunar, 56, Ndiaye, 78
"Fatih Karagümrük" – "Hatayspor" - 1:0
Qol: Sobiex, 70
"Trabzonspor" – "Kayserispor" - 1:1
Qollar: Bakasetas, 29 – M.Çelik, 6
Qeyd edək ki, turnir cədvəlinə 64 xalla "Beşiktaş" başçılıq edir. "Fənərbaxça" 62 xalla 2-ci, "Qalatasaray" 61 xalla 3-cü, "Trabzonspor" isə 57 xalla 4-cüdür.