"Messinin meneceri olsaydım..."

La Liqanın prezidenti Xavyer Tebas "Barselona"nın kapitanı Lionel Messi haqqında danışıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bu mövsümün sonunda Kataloniya klubu ilə müqaviləsi başa çatacaq 33 yaşlı hücumçunun komandada qalmasını istədiyini deyib:

"Mən Messinin meneceri olsaydım, ona "Barselona"da qalmağı üçün əlindən gələn hər şeyi etməsini deyərdim. Ümid edirəm ki, o getməyəcək. Messi futbol tarixinin ən yaxşı oyunçusudur. O, futboldakı son illərini düşünürsə, "Barselona"da qalmalıdır. Messi karyerasına bu komandada başlayıb və burada da davam etməlidir. PSJ və ya "Mançester Siti"yə keçsə, marka dəyərini itirər".

Həmçinin Tebas La Liqanın 1 futbolçudan asılı olmadığını da vurğulayıb: Rəqabət klublarla və komandalarla bağlıdır. Neymar Fransaya, Ronaldo isə İtaliyaya getdi. Amma mən həmin liqaların Avropanın ən yaxşısı olduğunu düşünmürəm. Çempionatlar sadəcə futbolçulardan asılı deyil. Tək bir futbolçunun getməyi liqanın gedişatını dəyişdirə bilməz".

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right