Madrid klubunun hücumçusu Ronaldo avropanın ən yaxşı oyunçusu mükafatının təqtimatından sonra keçirilən mətbuat konfransında Messi haqqında danışmaq istəmədiyini bildirib.
Newsport.az saytının məlumatına görə, jurnalistlərin çoxsaylı suallarını cavablandıran hücumçu Portuqaliyanın TVI kanalının muxbirinin verdiyi suala fərqi cavab verib.
Belə ki, jurnalistin “Nəyə görə Messi Dünya çempionatı bitdikdən sonra “Qızıl top”a layiq görüldü? Sualına Ronaldonun cavabı hər kəsi maraq içində saxlayıb:
"Mən tam açıq fikirlərimi bildirə bilmərəm, əgər mən onun haqda fikirlərimi açıq aydın demiş olsam onda məni həmin dəqiqə həbs edərlər. Özünüz hər şeyi gördünüz, özünüz də qərar verin Sizcə doğru idi, ya yox?. Futbol dünyasında ağıllı adamlar işləyirlər, yaxşı olardı bu sualı Messinin ozünə verərsiniz”.