“Qarabağ” polşalı qapıçıya görə 500 min avro qazanacaq

“Qarabağ”dan ayrılan Mateuş Koxalskinin karyerasını hansı komandada davam etdirəcəyi dəqiqləşib.

Newsport.az xəbər verir ki, polşalı qolkiper ölkəsində çıxış edəcək. O, “Vieçista” ilə müqavilə imzalayacaq.

Krakov təmsilçisi bu transferə görə Ağdam klubuna təxminən 500 min avro təzminat ödəyəcək.

Koxalskinin “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədə idi. O, “köhlən atlar”ın heyətində 2024-cü ilin yayından bu yana 76 qarşılaşmada iştirak edib.

26 yaşlı qapıçı “Legiya”, “Radomiak”, “Stal” klublarının da qapısını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right