Dambrauskas: “Mənim klubum uşaq futboluna qazandığı puldan xərcləyirsə, bu, inanılmaz bir duyğudur”

“Sabah” Azərbaycan Premyer Liqasının 4-cü turunda bu gün “Zirə”ni qəbul edib.

Newsport.az xəbər verir ki, 5:0 hesabı ilə qalib gələn oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis oyunçularının bu gün doğrudan da yaxşı olduqlarını bildirib:

“İlk növbədə komandamı qələbə münasibətilə təbrik edirəm. Bu gün oyun planımızı futbolçular mükəmməl şəkildə icra etdilər. Hücum zamanı çox aqressiv idik. Pressinqimiz də üst səviyyədə idi. Komanda qol buraxmadan 5:0 hesabıyla qalib gəlibsə, razı qalmaya bilmərəm. Qarşıdakı oyuna köklənəcəyik.

Mənim klubum doğrudan da uşaq futboluna yatırım edirsə, mən bununla fəxr edirəm. Mən Avropada elə klublarda çalışmışam ki, deyək ki, cəmi bir il Avropa yarışlarında iştirak etdikdən sonra iflas olublar. Mənim klubum uşaq futboluna, akademiyalara yatırım edirsə, qazandıqları puldan xərcləyirsə, bu, həqiqətən də inanılmaz bir duyğudur, möhtəşəm işlərdir. Və mən inanıram ki, bu, sadəcə “Sabah” üçün deyil, Azərbaycan futboluna edilmiş bir investisiyadır. Çünki müəyyən bir müddətdən sonra bu uşaqlar “Sabah” üçün deyil, artıq Azərbaycan millisinin uğurları üçün də çalışacaqlar“.

“Sabah” növbəti turda “Şəfa” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right