Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”

“Real”ın hücumçusu Kilian Mbappe 2026-cı il “Qızıl top” mükafatını qazanmaq şanslarını dəyərləndirib. Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu bu barədə Çempionlar Liqasının əsas mərhələsində “İnter”lə oyun öncəsi keçirilən mətbuat konfransında danışıb. “Bu yay ən nüfuzlu turnirdə tarix yazdım, amma yol hələ uzundur. Bəlkə də “Qızıl top” baxımından mənim üçün uğurlu il olacaq. Lakin səsverməni jurnalistlər keçirir və qərar onların əlindədir. Mən isə sadəcə ən yaxşı oyunumu göstərməyə köklənmişəm”, - deyə Mbappe bildirib. Qeyd edək ki, Mbappe 2026-cı il dünya çempionatında 10 qolla turnirin bombardiri olub. O, bununla Gerd Müllerin 1970-ci ildəki göstəricisini təkrarlayıb və dünya çempionatlarında iki dəfə bombardir olan ilk futbolçu kimi tarixə düşüb.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right