Lukaku 300-ə çatdı

"İnter"in futbolçusu Romelu Lukaku üçün A seriyasının 22-ci turunda "Latsio" ilə matç (3:1) əlamətdar olub.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu görüşdə dubla imza atan belçikalı hücumçu karyerasında vurduğu qolların sayını 300-ə yüksəldib.

Qeyd edək ki, Lukaku 2019-cu ilin yayından "İnter"də oynayır. 27 yaşlı hücumçu Milan klubunda 80 oyun keçirib və 56 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right