"Qalatasaray"ın bu mövsüm tribunalardan itkisi 33 milyon avro olub.
Newsport.az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Abdurrahim Albayrak məlumat verib:
"Tribunalardan itki 33 milyon avrodur. Hər kəsin əlini daşın altına qoyması lazımdır. Azarkeşlərə səslənirəm: bizə yardım göstərsinlər, ianə etsinlər".
Qeyd edək ki, Türkiyədə koronavirus səbəbindən stadionlara azarkeşlər buraxılmır.