“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi “Roma”dan Nikolo Zaniolonu transfer etmək niyyətindədir. “Qoca sinyora” yaxında 21 yaşlı yarımmüdafiəçi üçün müqavilə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Zaniolonun 2024-cü ilədək “Roma” ilə müqaviləsi var.