"Yuventus"dan Ronaldoya yeni təklif

"Yuventus" hücumçusu Kriştiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırdır.

Newsport.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. Bildirilib ki, Turin klubunun rəhbərliyi portuqaliyalı hücumçunun oyunundan məmnundur. Klub onun 2023-cü ilin yayına qədər hesablanacaq yeni bir müqaviləyə layiq olduğunu düşünür. 35 yaşlı futbolçunun özü də İtaliya klubunda oynamağa davam etmək istəyir.

Qeyd edək ki, Ronaldo 2018-ci ilin yayında "Real"dan 112 milyon avroya Turin təmsilçisinə  keçib. O, bu mövsüm A Seriyasında 16 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə verib. Forvardın "Yuventus" la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right