Suares bombardirlər siyahısında "TOP-5"də

"Atletiko"nun futbolçusu Luis Suares 21-ci əsrdə La Liqanın bombardirləri siyahısında "TOP-5"ə düşüb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna 21-ci turda "Kadis"lə matçda (4:2) nail olub. Dubla imza atan uruqvaylı oyunçu çempionatda vurduğu qolların sayını 158-ə çatdırıb. Beləiklə, o, La Liqanın bombardirlər siyahısında "Atletik"in sabiq futbolçusu Aritz Adurislə 5-ci yeri bölüşüb.

21-ci əsrdə La Liqada ən çox qol vuran oyunçular:

1. Lionel Messi - ("Barselona") - 453 qol
2. Kriştiano Ronaldo ("Real", hazırda "Yuventus") - 311 qol
3. David Vilya ("Barselona", "Valensiya" və "Atletiko"da oynayıb) - 184 qol
4. Kərim Benzema ("Real") - 179 qol
5. Aritz Aduris ("Atletik"), Luis Suares ("Barselona", "Atletiko") - 158 qol





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right