Arkadiuş Milik Fransa klubuna keçir

Fransanın "Marsel" klubu İtaliya təmsilçisi "Napoli"nin oyunçusu Arkadiuş Miliki heyətinə qatmağa hazırlaşır.

 

Newsport.az "RMC Sport"a istinadla xəbər verir ki, Liqa 1 təmsilçisi polşalı hücumçunu icarəyə götürmək üzrədir. "Marsel" 26 yaşlı futbolçunu 8+3,5 milyon avro qarşılığında transfer etmək hüququna malik olacaq.

 

Yaxın 2 gün ərzində transferin rəsmiləşəcəyi gözlənilir.

 

"Napoli" Miliki 2016-cı ildə "Ayaks"dan 32 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right