"Milan" onunla razılaşdı

“Yuventus”un sabiq futbolçusu Mario Mandzukiç karyerasını “Milan”da davam etdirməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, klub artıq 34 yaşlı hücumçu ilə razılaşıb. Xorvatiyalı oyunçu İtaliya təmsilçisinə azad agent kimi keçəcək. Onunla mövsümün sonuna kimi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Mandzukiçin son klubu “Əl-Duhail” olub. O, Qətər təmsilçisindən ötən il ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right