Super Liqa klubunda yeni hücumçu

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi “Menemenspor”un hücumçusu Məhəmməd Kamaranı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 2.5+1 illik müqavilə imzalanıb.
 
Kamara 2020-ci ildən “Menemenspor”un uğurları üçün çalışırdı. Liberiyalı forvard daha öncə ABŞ-ın “LA Qalaksi II”, “Atlanta”, Almaniyanın “Paderborn” klublarında da çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right