“Milan”da da 2 futbolçu koronavirusa yoluxdu

“Milan” İtaliya A Seriyasının 16-cı turu çərçivəsində “Yuventus”a qarşı keçiriləcək oyundan öncə koronavirus testlərinin nəticələrini açıqlayıb.
 
Newsport.az xəbər verir ki, testlər nəticəsində iki futbolçuda Covid-19 aşkarlanıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə yarımmüdafiəçilər Ante Rebiçlə Rade Kruniçdən götürülmüş analizlərin cavabının pozitiv çıxdığı diqqətə çatdırılıb.
 
Xatırladaq ki, daha əvvəl “Yuventus”un futbolçuları Aleks Sandro və Xuan Kuadradonun virusa yoluxduqları açıqlanmışdı. 
 
“Milan" - "Yuventus" oyunu bu gün keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right