"İnter" ciddi itki ilə üzləşib.
Newsport.az saytının məlumatına görə, İtaliya klubunun hücumçusu Aleksis Sançes zədələnib. Sançesin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Sançes bu mövsüm A Seriyasında 9 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.