“Mançester Yunayted”dən ayrılacağı gözlənilən Pol Poqba “Yuventus”a qayıtmaq niyyətindədir.
Newsport.az-ın məlumatına görə, bu barədə “The Times” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, fransalı yarımmüdafiəçi klubunu razı sala bilsə, Turin təmsilçisinə keçəcək. “Yuventus”un da Poqbanı transfer etməkdə israrlı olduğu bildirilib.