Çempionlar Liqasında turun ən yaxşısı müəyyənləşdi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib.
 
Newsport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Ayaks”ın futbolçusu Duşan Tadiçdir.
 
“Ayaks”ın “Midtyulland”ı 3:1 hesabı ilə məğlub etdiyi oyunda Tadiç iki məhsuldar ötürmə ilə yadda qalıb.
 
Bu ada İngiltərə "Mançester Yunayted"indən Bruno Fernandes, Almaniyanın "Borussiya" (Dortmund) komandasından Ceydon Sanço və İtaliya "Atalanta"sından Robin Qosens də iddia edirdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right