FIFA 2022-ci ildə Qətərdə keçirilməsi planlaşdırılan dünya çempionatının vaxtını dəyişməyəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə alif futbol qurumu məlumat yayıb.
Turnir 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
Mundialın açılış qarşılaşması noyabrın 21-i Bakı vaxtı ilə 14:00-da baş tutacaq. Matç 60 min azarkeş tutumuna malik olan "Əl Beyt" stadionunda keçiriləcək. Turnirin finalı dekabrın 18-i Bakı vaxtı ilə 19:00-da "Lusail" stadionunda təşkil ediləcək.
