"Mançester Yunayted" "Lester Siti"nin futbolçusu üçün təklif göndərdi

"Mançester Yunayted" "Lester Siti"də oyunu ilə diqqətləri üzərinə çəkən Ceyms Meddisonu transfer hədəfinə alıb.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" İngiltərə millisini üzvünü transfer etmək üçün qarşı tərəfə təklif ünvanlayıb. Mançester təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün 45 milyon funt-sterlinqlə yanaşı, Cessi Liqardı da təzminatı ilə qarşı tərəfə verməyə hazırdır. Ole-Qunnar Silşayer Meddisonun komandaya böyük fayda verəcəyini düşündüyü üçün rəhbərlik onu almaq üçün səfərbər olub.

Ceyms Meddison bu mövsüm Premyer Liqada 20 oyuna 6 qol vurub, 3 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right