Çexiya millisinin sabiq qapıçısı Peter Çex xokkeydə debüt görüşünü keçirib.
Newsport.az-ın məlumatına görə, keçmiş futbolçunun çıxış etdiyi “Qilford Feniks” Milli Xokkey Liqasında (II Liqa) “Sundino Valdkets”lı qarşılaşıb.
Çex iki penalti qaytarıb və komandasının 3:2 hesablı qələbəsində böyük pay sahibi olub.
Çexiyalı sabiq qapıçı karyerası ərzində "Sparta" (Praqa), "Renn", "Çelsi" və "Arsenal" klublarında çıxış edib.



