FİFA sabiq vitse-prezidentini ömürlük cəzalandırdı

FİFA sabiq vitse-prezidenti Xuan Anxel Napoutu ömürlük futboldan kənarlaşdırıb.

Newsport.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Paraqvaylı futbol funksioneri FİFA-da aparılan korrupsiya əməliyyatlarından sonra həbs edilmişdi. O, 2015-ci ildə Sürixdə keçirilən əməliyyatdan sonra saxlanılan 7 FİFA funksionerindən biri idi. Bir müddət öncə Nyu-Yorkun Bruklin məhkəməsi Napout barədə hökm çıxarmışdı. Məhkəmənin hökmü ilə Napout 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right