“Olimpiakos”la “Dinamo” ÇL-in qrup mərhələsində

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub. 

Səfərdə Yunanıstan “Olimpiakos”una 0:4 hesabıyla məğlub olan “Krasnodar” bu dəfə doğma azarkeşləri qarşısında rəqibini qəbul edib. Amma doğma meydanda da uduzan və istəyinə çata bilməyən Rusiya təmsilçisi ÇL-lə vidalaşmalı olub.

Norveç “Rusenborq”u Xorvatiya “Dinamo”su, Serbiya “Srvena Zvezda”sı isə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gəlib. Bu oyunların hər ikisi oxşar hesabla – 1:1 başa çatıb. “Dinamo” və “Srvena Zvezda” ÇL-in qrup mərhələsinə vəsiqə qazandıqları halda, rəqibləri qitənin ən nüfuzlu klub turnirindən kənarda qalmalı olub.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
27 avqust

Krasnodar (Rusiya) – Olimpiakos (Yunanıstan) 1:2
Qol:
Utkin, 10 – El Arabi, 11; 48.
İlk oyun – 0:4

Rusenborq (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya) 1:1
Qol:
Akintola, 11 – Qoyak, 71.
İlk oyun – 0:2

Srvena Zvezda (Serbiya) – Yanq Boyz (İsveçrə) 1:1
Qol:
Vukanoviç, 59 – E.F.Ben, 82-öz qapısına.
İlk oyun – 2:2

28 avqust

23:00 Ayaks (Hollandiya) – APOEL (Kipr)
İlk oyun – 0:0
23:00 Brügge (Belçika) – LASK (Avstriya)
İlk oyun – 1:0
23:00 Slaviya (Praqa, Çexiya) – ÇFR (Kluj, Rumıniya)
İlk oyun – 1:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right