İngiltərənin "Arsenal" klubu növbəti transferini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, "topçular" Şotlandiyanın "Seltik" klubunun müdafiəçisi Kiran Tirninin transfer edib. 22 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün Qlazqo klubuna 27 milyon avro təzminat ödənilib. Kiran Tirni ilə 5 illik müqavilə imzalanıb.
Şotlandiya yığmasının üzvü "Seltik"in yetirməsidir və 2015-ci ildən əsas komandanın üzvüdür.