"Atalanta" Ruslanla beş illik müqavilə imzaladı

İtaliyanı Çempionlar Liqasında təmsil edəcək "Atalanta" daha bir transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Berqamo təmsilçisi "Genk"in hücumameyilli yarımmüdafiəçisi Ruslan Malinovskini transfer edib. Bu keçid üçün Belçika klubuna 13,7 milyon avro təzminat ödənilib. Ukrayna millisinin üzvüylə beş illik müqavilə imzalanıb.

Ruslan Malinovski 2015-ci ildə "Şaxtyor"dan "Genk"ə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right