"Real"ın futbolçuları Sami Xedira və Asyer İllaramendi Çempionlar Liqasında "Liverpul"a qarşı oynamayacaq.
Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb hər iki futbolçunun zədəli olmasıdır. Xedira və İllaramendinin "Liverpul"a qarşı görüşə qədər hazır olmayacağı bildirilib.
Qeyd edək ki, "Real" - "Liverpul" oyunu noyabrın 5-i keçiriləcək.