Rusiya klubu cümə günləri oynamaq istəmir

Mahaçqalanın "Anji" klubunun rəhbərliyi Rusiya Futbol Federasiyasına müraciət edib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi ev oyunlarını cümə günləri keçirmək istəmir. Bunun ölkə mətbuatına açıqlamasında klubun Direkotlar Şurasının sədri Anzor Kavazaşvili deyib. Onun sözlərinə görə, cümə günü müsəlmanlar üçün müqəddəs gün hesab edildiyindən insanlar məscidlərə gedir, ailələri ilə vaxt keçirilər. Bu səbəbdən "Anji"nin ev oyunlarında stadion azarkeşlərlə dolu olmur.

Məsələ uilə bağlı açıqlama verən Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin "Anji" rəhbərliyinin bu xahişini nəzərə alacaqlarına, onlara güzəşt edəcəklərini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right