Ramil Şeydayev "Jilina"da ilk qolun vurdu, komandası qələbə qazandı

Millimizin hücumçusu Ramil Şeydayev Slovakiya çempionatında ilk qolunu vurub.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı hücumçumuzun komandası bu gün 25-ci turda “Presov”u qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. Ramil oyuna ehtiyat oyunçular skamiyasında başlayıb və 62-cı dəqiqədə (komandası 1:0 hesabı ilə öndə olan zaman - red) oyuna daxil olub. Onun oyuna daxil olmasından 12 dəqiqə sonra “Jilina” hesab arasındakı fərqi artırıb. 79-cu dəqiqədə isə Ramil qarşılaşmada son nöqtəni qoyub.

Qeyd edək ki, “Jilina” 55 xalla turnir cədvəlində liderdir.








Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right