Portuqaliya Premyer Liqasında 27-cı turun növbəti oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" bu turda doğma meydan matçına çıxıb. Portu təmsilçisi "Rio Ave"ni qəbul edib. Qarşılaşma qonaqların 0 - 1 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin üzvlərindən Emin Mahmudov 84-cü dəqiqədə meydana daxil olub. Kamran Ağayevin adı isə gözlənildiyi kimi, matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, 27 oyundan sonra “Boavişta” 34 xalla 9-cu pillədə qərarlaşıb.