Yoldaşlıq oyununda Xorvatiyanı qəbul edən Estoniya millisi 3:0 hesabı ilə qalib gəlib.
Newsport.az-ın məlumatına görə, meydan sahiblərinin 3-cü qolunu “Qəbələ”nin futbolçusu Sergey Zenyov vurub.
Estoniya millisinin şərəfini qoruyan "Qəbələ"nin futbolçusu Sergey Zeyyov görüşün 70-ci dəqiqəsində meydana daxil olub. O, 84-cü dəqiqədə komandasının üçüncü qolunun müəllifi olub.
Estoniya - Xorvatiya 3:0
QOLLAR: Siim Luts, 1, Konstantin Vassilyev, 81, Sergey Zenyov, 84