“Ayaks”ın müdafiəçisi Matteys de Liqt Hollandiya futbolunun tarixinə düşüb.
Newsport.az-ın məlumatına görə, o, 84 illik fasilədən sonra ölkənin əsas millisinin heyətində meydana çıxan ən gənc futbolçu olub.
Matteys de Liqt millidə 17 yaş 225 günündə, DÇ-2018-in seçmə mərhələsində Bolqarıstana qarşı oyunda (0:2) debüt edib.
Qeyd edək ki, 1933-cü ildə Mauk Veber adlı futbolçi 17 yaş 222 günündə ilk dəfə Hollandiya millisində oyuna çıxıb.