Millinin baş məşqçisi istefaya göndərildi

Hollandiya millisi baş məşqçisi Denni Blindlə yolları ayırıb.

 

Newsport.az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxış olub. DÇ-2018-in seçmə mərhələsində səfərdə Bolqarıstana məğlub olan hollandlar baş məşqçi Denni Blindlə müqaviləyə xitam verib.

 

Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2015-ci ildən millini çalışdırırdı.

 

Əlavə edək ki, DÇ-2018-in seçmə mərhələsində A qrupunda mübarizə aparan Hollandiya qrupda 5 oyundan sonra 7 xalla 4-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right