Kamranın cəzası bitdi bu gün oynaya bilər

Bu gün Portuqaliya çempionatında 21-ci turun oyunları davam etdiriləcək.

Newsport.az-ın məlumatına görə, millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun komandası “Boavişta” öz meydanında “Braqa”nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə bu gecə saat 00.15-də başlanacaq.

Qeyd edək ki, “Benfika” ilə oyundan sonra K.Ağayevə verilən 3 oyunluq cəza bu tur başa çatır. Baş məşqçinin şans verəcəyi halda K.Ağayevi bu tur əsas heyətdə görə biləcəyik. Bundan başqa, E.Mahmudovun da adının matçın 18-liyinə salınacağı gözlənilir.

Əlavə edək ki, 20 oyundan 25 xalı olan “Boavişta” 12-ci, onun bugünkü rəqibi “Braqa” isə 37 xalla 4-cü yeri tutur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right