Ziya Əzizov Hollandiyada növbəti qolunu vurdu

Hollandiya birinci divizionunda (Jupiler Liqa) 23-cü turun oyunları keçirilib.
 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi "Den Boş" doğma meydanda "NAC Breda" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2 - 1 hesablı qələbəylə ayrılıb.
 
Ziya bu görüşə də start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, qarşılaşmanın 76-cı dəqiqəsində komandasının 2-ci qolunu vurub.
 
Qeyd edək ki, "Den Boş" 23 turdan sonra 32 xalla 20 komanda arasında 13-cü pillədədi





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right