Bombardir zədədən qayıtdı

"Napoli"nin futbolçusu Arkadiuş Milik zədəsini sağaldıb.

 

Newsport.az xəbər verir ki,  22 yaşlı hücumçu həftəsonu baş tutacaq "Bolonya" - "Napoli" matçında iştirak edə biləcək. Komandanın baş məşqçisi Maurisio Sarri polşalı forvardı oyunun iştirak ərizəsinə salıb.


Qeyd edək ki, yayda 32 milyon avro qarşılığında "Ayaks"dan transfer edilən forvard Polşa - Danimarka (3:2) matçında ciddi zədə almışdı. Qonsalo İquainin gedişindən sonra "Napoli"yə transfer olan futbolçu 9 matçda 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right