Amit Quluzadə oynamadı, komandası PAOK-a uduzdu

Futbol üzrə Yunanıstan çempionatında 18-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi AEL də növbəti matçına çıxıb. Larissa təmsilçisi doğma meydanda PAOK-la qarşılaşıb. Matç qonaqların 2 - 0 hesablı qələbəsiylə başa çatıb. Amitin adı bu görüşün iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 16 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right