İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, "rossenyerlər" son olaraq icarə əsasında "Cenoa"da forma geyinən Lukas Okamposu rənglərinə bağlayıb.
Fransanın "Marsel" klubuna məxsus 22 yaşlı argentinalı yarımmüdafiəçi "Milan"da da icarə əsasında çıxış edəcək. Okampos yeni klubunda 11 nömrəli formanı geyinəcək.