Mövsümün gedişində “Neftçi”dən qovulan rumıniyalı Katalin Tiranın ölkəsinin II Liqasında çıxış edən “Dunarea Kalaraşi” klubunda baxışda olduğu haqda məlumat vermişdik.
Newsport.az xəbər verir ki, 22 yaşlı hücumçu II Liqa təmsilçisi ilə münasibətlərini rəsmiləşdirib. Tira 1,5 illik müqaviləyə imza çəkib.
Qeyd edək ki, yayda “Neftçi”yə transfer olan Tira Premyer Liqanın 9-cu turunda "Qarabağ"la oyunun gedişində meydana daxil olan azarkeşi vurmuşdu. Bu səbəbdən paytaxt klubu rumıniyalı forvardla müqaviləyə xitam vermişdi.